Şabranın yeni Baş planı müzakirə olunub

Şabranın yeni Baş planı müzakirə olunub

Şabran şəhərinin yeni Baş planı müzakirə edilib.

"Birxeber" xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev özünün sosial şəbəkə hesablarında məlumat verib.

"Şabranın yeni Baş planını rayon icra hakimiyyətində başçının, baş memarın və bələdiyyə sədrinin iştirakı ilə geniş müzakirə etdik, şəhərin inkişafı istiqamətləri, onu təmin edəcək bütün qurumların fəaliyyətinin əlaqələndirilməsi zərurəti barədə ətraflı fikir mübadiləsi apardıq", - A.Quliyev əlavə edib.

Qeyd edək ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə hazırlanmış Şabran şəhərinin Baş planı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29 mart 2022-ci il tarixli müvafiq qərarı ilə təsdiq edilib. Dövlət Baş Layihə İnstitutu tərəfindən hazırlanmış Şabran şəhərinin sayca üçüncü Baş planı 2038-ci ilə qədərki dövrü əhatə edəcək. Yeni ərazi planlaşdırılması sənədində şəhər ərazisinin zonalaşdırılması zamanı prioritet inkişaf istiqamətləri öz əksini tapıb.

Baş plana əsasən hesabat müddətinin sonuna qədər şəhər əhalisinin artaraq 34 500 nəfərə çatması gözlənilir. Əhalinin artım səviyyəsinə əsasən rahat həyat şəraitinin təmin edilməsi üçün müasir yaşayış komplekslərinin inşası, mövcud şəhər infrastrukturunun təkmilləşdirilməsi və adambaşına düşən ümumi yaşayış sahəsinin 18,8 m2-dən 25 m2-ədək artırılması nəzərdə tutulur. Həmçinin iqtisadi imkanların genişləndirilməsi və sakinlərin məşğulluğunun təmin edilməsi üçün sənaye ərazilərinin yenidənqurulması, ictimai-işgüzar zonaların yaradılması planlaşdırılır. Eyni zamanda yaşayış rayonlarında əhalinin mədəni, sosial tələbatının ödənilməsi məqsədi ilə ictimai mərkəzlərin formalaşdırılması, məktəb və bağçaların inşası, məhəllə parklarının salınması təklif edilir.

Sənəddə şəhərin nəqliyyat və mühəndis-kommunikasiya təminatı sistemlərinin inkişafı, eləcə də ətraf mühitin sağlamlaşdırılması məsələləri də əsas məqsədlərdəndir. Belə ki, Baş plan çərçivəsində küçə-yol şəbəkəsinin ümumi uzunluğunun 5,68 km-dən 13,41 km-ə çatdırılması, yeni körpülərin salınması, yaşayış və sənaye zonalarının ətrafında yaşıl dəhlizlərin yaradılması planlaşdırılır.

İnfrastruktur İnfrastruktur
Azərbaycanla Özbəkistan Orta Dəhlizdə yükdaşımaların artırılmasını müzakirə edib

Azərbaycanla Özbəkistan Orta Dəhlizdə yükdaşımaların artırılmasını müzakirə edib

İnfrastruktur İnfrastruktur
Beynəlxalq daşımalara hansı Azərbaycan avtomobilləri buraxılmayacaq?

Beynəlxalq daşımalara hansı Azərbaycan avtomobilləri buraxılmayacaq?

İnfrastruktur İnfrastruktur
Bakı-Ağstafa marşrutu üzrə əlavə reyslər təyin edilir

Bakı-Ağstafa marşrutu üzrə əlavə reyslər təyin edilir

İnfrastruktur İnfrastruktur
Azərbaycanın baş nazirinin müavini Türkiyədə səfərdədir

Azərbaycanın baş nazirinin müavini Türkiyədə səfərdədir

İnfrastruktur İnfrastruktur
Əli Əsədov: "Beynəlxalq nəqliyyat dəhlizlərilə tranzit yükdaşımalar artıb"

Əli Əsədov: "Beynəlxalq nəqliyyat dəhlizlərilə tranzit yükdaşımalar artıb"

İnfrastruktur İnfrastruktur
“Azərsu”yun sədr müavini Ağsu şəhərində vətəndaşları qəbul edib

“Azərsu”yun sədr müavini Ağsu şəhərində vətəndaşları qəbul edib

İnfrastruktur İnfrastruktur
"Bakı Metropoliteni”nin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

"Bakı Metropoliteni”nin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

İnfrastruktur İnfrastruktur
Astara terminalının direktoru dəyişib

Astara terminalının direktoru dəyişib

İnfrastruktur İnfrastruktur
Cəlilabadda sudan istifadə ilə bağlı xüsusi qərargah yaradılıb

Cəlilabadda sudan istifadə ilə bağlı xüsusi qərargah yaradılıb

İnfrastruktur İnfrastruktur
Nazir müavini: “Bakıda əhalinin orta sıxlığı ölkə üzrə göstəricidən 9 dəfə çoxdur”

Nazir müavini: “Bakıda əhalinin orta sıxlığı ölkə üzrə göstəricidən 9 dəfə çoxdur”

İnfrastruktur İnfrastruktur
"Azərsu" I rübdə 200 minə yaxın elektron müraciət qəbul edib

"Azərsu" I rübdə 200 minə yaxın elektron müraciət qəbul edib

İnfrastruktur İnfrastruktur
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində kadr dəyişikliyi olub

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində kadr dəyişikliyi olub