"Azərizolit"in direktoru dəyişib

"Azərizolit"in direktoru dəyişib

"Azərbaycan Sənaye Korporasiyası" ASC-yə (ASK) məxsus "Azərizolit" MMC-nin direktoru Yeganə Nuruyeva vəzifəsindən azad edilib.

"Birxeber.Az" xəbər verir ki, şirkətə rəhbərlik Şaiq İsmayılova həvalə olunub.

Y.Nuruyeva bu vəzifəyə ötən ilin aprel ayında təyin edilmişdi.

Xatırladaq ki, "Azərizolit" 2023-cü ilin avqust ayına qədər "ASK İzolit" adı ilə fəaliyyət göstərib. “ASK İzolit” 2018-ci ildə Mingəçevir şəhərində yerləşən “Azərelektroizolit” zavodunun bazasında yaradılıb. Müəssisə elektroizolyasiya materialları istehsal edir.