İranın "Natanz" nüvə qovşağı yaxınlığında partlayış baş verib

İranın "Natanz" nüvə qovşağı yaxınlığında partlayış baş verib

İran mediası İsfahanda Natanz nüvə obyekti yaxınlığında partlayış baş verdiyi barədə məlumat yayıb. 

birxeber.az bildirir ki,İran dövlət televiziyası bildirib ki, mümkün hücuma havadan müdafiə sistemlərinin cavabını müəyyən etmək üçün məşq kimi raketlər atəşə tutulub.
İranın yarı-rəsmi Fars Xəbər Agentliyinin verdiyi məlumata görə, Natanz Nüvə Müəssisəsindən 20 kilometr aralıda yerləşən Badrud ərazisində partlayış baş verib.
İran dövlət televiziyası hava müdafiə sistemlərinin mümkün hücuma cavabını ölçmək üçün məşq olaraq raketlərin atıldığını açıqlayıb.
Fars xəbər agentliyinin yerli mənbələrə istinadən verdiyi məlumata görə, dron məhv edilib. İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının bir hissəsi olan Nournews isə mümkün hücumun qarşısını almaq üçün raket sınağı keçirildiyini bildirib.
İrandakı digər yerli mənbələrin məlumatına görə, raketlər havada iki gizli obyekti məhv edib.
Partlayış Avstriyanın Vyana şəhərində danışıqların bərpa edilməsindən sonra baş verib.