Dünya bazarında neft qiymətləri cüzi düşüb

Dünya bazarında neft qiymətləri cüzi düşüb

Bu gün neft qiymətləri cüzi aşağı düşüb, lakin Yaxın Şərqdəki gərginlik fonunda ötən ilin sentyabrından bəri ilk dəfə aylıq göstəricidə artım qeydə alınıb.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, Londonun “ICE Futures” birjasında “Brent” markalı neftin aprel fyuçerslərinin qiyməti 0,23 ABŞ dolları aşağı düşüb və 1 barel üçün 82,27 ABŞ dolları təşkil edib.

Nyu-York əmtəə birjasında “WTI” markalı neftin mart fyuçersləri 0,21 ABŞ dolları ucuzlaşaraq 1 barel üçün 77,61 ABŞ dolları olub.