“Azərpambıq Aqrar Sənaye Kompleksi"nin nizamnamə kapitalı cüzi artırılıb

“Azərpambıq Aqrar Sənaye Kompleksi"nin nizamnamə kapitalı cüzi artırılıb

“Azərbaycan Sənaye Korporasiyası” ASC-yə (ASK) məxsus “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC-nin nizamnamə kapitalı 112 189 manat və yaxud 0,1 % artırılıb.

"Birxeber.Az" xəbər verir ki, şirkətin kapitalı 133 173 644 manatdan 133 285 833 manata çatdırılıb.

Xatırladaq ki, “Azərpambıq Aqrar Sənaye Kompleksi” 2008-ci ildə yaradılıb. Cəmiyyət pambıq istehsalı, tədarükü, emalı və emaldan alınan məhsulların (pambıq mahlıcı, texniki çiyid, pambıq yağı, köməkçi məhsullar, çiyid cecəsi və s.) satışı ilə məşğul olur. Onun tərkibində 6 pambıq emalı zavodu (Şirvan, Saatlı, Ağcabədi, Beyləqan, Bərdə, Biləsuvar), 6 pambıq istehsalı və tədarükü məntəqəsi (Sabirabad, İmişli, Salyan, Ağdam, Tərtər, Goranboy), Biləsuvar rayonunda yerləşən Təcrübə-Sınaq Təsərrüfatı fəaliyyət göstərir.