Daun sindromu diaqnozu ilə əlillik təyini edilən 100-dən çox uşağın sağlam olduqları məlum olub
Bəzi hallarda xəstəxana və ya poliklinikalar göndərişi daha keyfiyyətli yazır ki, həmin şəxslərə daha tez əlillik təyin olunsun. Son aparılan yoxlamada 100-dən çox uşağa daun sindromu diaqnozu ilə əlillik təyini edilmişdi. Növbəti yoxlamalarda isə həmin uşaqların daun sindromu olmayan sağlam olduqları məlum oldu.
“Birxeber” xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik siyasəti şöbəsinin müdiri Sabir Qocayev deyib.
O bildirib ki, həmin uşaqların saxta əlilliyi qanunvericiliyə uyğun şəkildə ləvği ilə bağlı qərar qəbul edildi: