“Azərişıq” sədri Saatlıda vətəndaşları qəbul edib

“Azərişıq” sədri Saatlıda vətəndaşları qəbul edib

“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov yanvarın 30-da Saatlı və Sabirabad rayonlarından olan vətəndaşları qəbul edib.

APA-Economics” xəbər verir ki, Şirvan RETSİ-nin Saatlı rayonunda yerləşən inzibati binasında baş tutan qəbul zamanı qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb, həlli araşdırma tələb edən məsələlərlə bağlı yazılı müraciət qeydə alınıb və aidiyyəti şöbələrin icraatına göndərilib.