Bakıda minik avtomobili sərnişin avtobusuna çırpılıb, xəsarət alan var

Bakıda minik avtomobili sərnişin avtobusuna çırpılıb, xəsarət alan var

Bakının Xəzər rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, Mərdəkan qəsəbəsində minik avtomobili idarəetmədən çıxaraq qarşısındakı sərnişin avtobusuna çırpılıb. Nəticədə minik avtomobilində olan sərnişin, 2006-cı il təvəllüdlü Şükürova Nərmin Azər qızı xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.