Braziliyada güclü zəlzələ olub

Braziliyada güclü zəlzələ olub

Braziliyanın qərbində, Amazona ştatında yerli vaxtla saat 18:31-də (Bakı vaxtı ilə saat 01:31) 6,5 maqnitudada zəlzələ olub.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Zəlzələ ocağı Tarauka şəhərindən 123 kilometr məsafədə 628 kilometr dərinlikdə yerləşib.

İpxuna, Kruzeyro do Sul yaşayış məntəqələri yaxınlığında baş verən yeraltı təkanlar Peruda da güclü hiss olunub.

Dağıntı və ya tələfat barədə məlumat verilmir.