ABŞ növbəti dəfə altıncı nəsil bombardmançı təyyarəsini havaya qaldırıb

ABŞ növbəti dəfə altıncı nəsil bombardmançı təyyarəsini havaya qaldırıb

ABŞ Hərbi Hava Qüvvələrinin sözçüsü Enn Stefanek altıncı nəsil B-21 Raider strateji gizli bombardmançısının ikinci sınaq uçuşunu açıqlayıb.

Birxeber.Az xəbər verir ki, bu barədə "Air & Space Forces Magazine" yazıb.

Bildirilib ki, "Mən təsdiq edə bilərəm ki, B-21 yanvarın 17-də havaya qalxıb", - deyə Stefanek vurğulayıb.

Təhlükəsizliyə görə ABŞ Ordusu sınaq proqramı ilə bağlı başqa heç bir məlumat verməyib.