Azərbaycana xarici valyutada qiymətli kağızların gətirilməsi və çıxarılması halları müəyyənləşdirilib

Azərbaycana xarici valyutada qiymətli kağızların gətirilməsi və çıxarılması halları müəyyənləşdirilib

Xarici valyutada qiymətli kağızların Azərbaycana gətirilməsi və ölkədən çıxarılması halları müəyyənləşdirilib.

“Birxeber.Az” xəbər verir ki, bununla bağlı Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Rezidentlər və qeyri-rezidentlər tərəfindən xarici valyutanın Azərbaycana gətirilməsi və çıxarılması Qaydaları”nın təsdiq edilməsi barədə” 2016-cı il 3 mart tarixli qərarına dəyişikliyi təsdiq edib.

Dəyişikliklərə əsasən, rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər xarici valyuta ilə yanaşı, xarici valyutada qiymətli kağızları da nominal məbləğindən asılı olmayaraq gömrük prosedurlarına əməl etməklə məhdudiyyət olmadan Azərbaycan Respublikasına gətirə bilərlər.

Bundan başqa, 10 min ABŞ dolları ekvivalentinədək olan nağd xarici valyutanı, habelə xarici valyutada qiymətli kağızları gömrük orqanında şifahi formada bəyan etməklə Azərbaycandan çıxarıla bilər. Həmçinin 10 min ABŞ dolları ekvivalentindən çox olan xarici valyutada qiymətli kağızların əvvəllər Azərbaycan Respublikasına gətirilməsini təsdiq edən gömrük sənədlərini və yazılı formada bəyannaməni gömrük orqanına təqdim etməklə ölkədən çıxarıla bilər.

Xarici valyutada olan qiymətli kağızlarla bağlı bu Qaydaların tələbləri çeklərə və digər ödəniş sənədlərinə də şamil edilir.

AMB-nin Hüquq Departamentinə tapşırılıb ki, yeni qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə təqdim etsin.

Maliyyə Maliyyə
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (08.12.2022)

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (08.12.2022)

Maliyyə Maliyyə
Qızıl ABŞ-ın dövlət borcu ilə bağlı danışıqlar fonunda ucuzlaşır

Qızıl ABŞ-ın dövlət borcu ilə bağlı danışıqlar fonunda ucuzlaşır

Maliyyə Maliyyə
Azərbaycanda uçot dərəcəsinin artırılmasının lehinə olan üç arqument

Azərbaycanda uçot dərəcəsinin artırılmasının lehinə olan üç arqument

Maliyyə Maliyyə
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi auditor seçir

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi auditor seçir

Maliyyə Maliyyə
ABŞ-ın ən böyük banklarından biri müflis olub

ABŞ-ın ən böyük banklarından biri müflis olub

Maliyyə Maliyyə
Azərbaycanın qiymətli kağızlar bazarı 26% kiçilib

Azərbaycanın qiymətli kağızlar bazarı 26% kiçilib

Maliyyə Maliyyə
Dövlət Vergi Xidməti ikinci “Yay Təcrübə Proqramı”na qəbul elan edib

Dövlət Vergi Xidməti ikinci “Yay Təcrübə Proqramı”na qəbul elan edib

Maliyyə Maliyyə
Maliyyə Monitorinqi Xidməti auditor seçir

Maliyyə Monitorinqi Xidməti auditor seçir

Maliyyə Maliyyə
“Bank BTB” törəmə investisiya şirkətini satıb

“Bank BTB” törəmə investisiya şirkətini satıb

Maliyyə Maliyyə
Maliyyə naziri: "Manatın məzənəsinin sabit qalmasında maraqlıyıq"

Maliyyə naziri: "Manatın məzənəsinin sabit qalmasında maraqlıyıq"

Maliyyə Maliyyə
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (07.12.2022)

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (07.12.2022)

Maliyyə Maliyyə
Vüsal Qasımlı: "Yaxın 30 ildə Azərbaycanda rifah halı ən azı 40 % yaxşılaşacaq"

Vüsal Qasımlı: "Yaxın 30 ildə Azərbaycanda rifah halı ən azı 40 % yaxşılaşacaq"