Hərbi prokuror: Qəsdən adam öldürmə cinayətləri 50, özünü öldürmə hadisələri 40 faiz azalıb

Hərbi prokuror: Qəsdən adam öldürmə cinayətləri 50, özünü öldürmə hadisələri 40 faiz azalıb

2023-cü ilin birinci rübü ilə müqayisədə 2024-cü ilin eyni dövründə qeydə alınmış qəsdən adam öldürmə cinayətləri 50 faiz, özünü öldürmə hadisələri 40 faiz azalıb.

Birxeber.Az xəbər verir ki, bunu Respublika Hərbi Prokurorluğunda keçirilən kollegiya iclasında Baş prokurorun müavini - hərbi prokuror Ədliyyə general-leytenantı Xanlar Vəliyev deyib.

Qeyd olunub ki, qəsdən adam öldürməyə cəhd cinayətləri isə ümumiyyətlə, qeydə alınmayıb.

Xanlar Vəliyev diqqətə çatdırıb ki, cinayət hadisələrinin, o cümlədən bu qəbildən olan cinayətlərin qarşısının alınması istiqamətində Hərbi Prokurorluğun aidiyyəti qurumlarla birgə fəaliyyəti bundan sonra da uğurla davam etdiriləcək.