AMB iqtisadçı-ekspertlər üçün təqdimat təşkil edib

AMB iqtisadçı-ekspertlər üçün təqdimat təşkil edib

Azərbaycan Mərkəzi Bankında (AMB) iqtisadçı ekspertlər üçün “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”na dair təqdimat təşkil olunub.

"Birxeber.Az" bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, interaktiv formada keçirilən təqdimat zamanı ekspərtlərə sektorlar üzrə prioritetləşdirilmiş strateji məqsədlər barədə ətraflı məlumat verilib. Həmçinin ekspertlərin Strategiyaya dair sualları cavablandırılıb.

Xatırladaq ki, “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” ölkədə sığorta, kapital bazarları və ödəniş sistemlərinin inkişaf etdirilməsi, eləcə də bank sektorunun dayanıqlığının daha da gücləndirilməsi kimi prioritetləri əks etdirir. Maliyyə inklüzivliyinin genişləndirilməsi, maliyyə xidmətlərinin əhatəliliyinin artırılması və maliyyə alətlərinin şaxәlәndirilməsi, sektorda sәmәrәliliyin yüksəldilməsi, korporativ idarәetmәnin tətbiqi, habelə şәffaflıq və dayanıqlılığın gücləndirilməsi #Strategiya çərçivəsində müəyyəşləşdirilmiş strateji məqsədlərdir.