FHN-dən əhaliyə hava ilə bağlı XƏBƏRDARLIQ

FHN-dən əhaliyə hava ilə bağlı XƏBƏRDARLIQ

Gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə xəbərdarlıq edilib.

Birxeber xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Müraciətdə deyilir:

“Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gün axşamdan başlayaraq mayın 21-dək ölkə ərazisində hava şəraitinin yağıntılı keçəcəyi, yağışın ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi, ayrı-ayrı yerlərdə güclü külək əsəcəyi proqnozlaşdırılır.

Qeyd olunanlarla bağlı FHN əhaliyə müraciət edərək gözlənilən hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır. Belə ki, gözlənilən güclü küləklə əlaqədar yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi zamanı yaratdığı çətinlikləri nəzərə alaraq, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir.

Bundan əlavə, intensiv yağıntıların səbəb ola biləcəyi daşqın və seldən qorunmaq üçün daşqın və sel təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.

Həmçinin, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir”.

FHN təhlükə zamanı 112-yə zəng etməyi tövsiyə edir.

Birxeber
Sosial Sosial
Bakının ən böyük xəstəxanalarından biri xəstəlik yuvasına dönüb - FOTO

Bakının ən böyük xəstəxanalarından biri xəstəlik yuvasına dönüb - FOTO

Sosial Sosial
Bakıda Qədr gecəsindən FOTOREPORTAJ

Bakıda Qədr gecəsindən FOTOREPORTAJ

Sosial Sosial
BDU-nun qarşısındakı "qıl körpüsü" problemini "həll" etdilər - FOTO

BDU-nun qarşısındakı "qıl körpüsü" problemini "həll" etdilər - FOTO

Sosial Sosial
“TEKNOFEST Azərbaycan” festivalında aviaşou başladı - VİDEO

“TEKNOFEST Azərbaycan” festivalında aviaşou başladı - VİDEO

Sosial Sosial
Bakıda avtobuslarda kondisionerlər bu tarixdən işə salınacaq

Bakıda avtobuslarda kondisionerlər bu tarixdən işə salınacaq

Sosial Sosial
Bu gün Azərbaycanda səhiyyə işçilərinin peşə bayramıdır!

Bu gün Azərbaycanda səhiyyə işçilərinin peşə bayramıdır!

Sosial Sosial
Bu gün Bakının bəzi küçə və prospektlərində hərəkət məhdudlaşdırılacaq - VİDEO

Bu gün Bakının bəzi küçə və prospektlərində hərəkət məhdudlaşdırılacaq - VİDEO

Sosial Sosial
Azərbaycanlı Rusiyada adının “qəribəliyinə” görə saxlanıldı

Azərbaycanlı Rusiyada adının “qəribəliyinə” görə saxlanıldı

Sosial Sosial
Ev alanların diqqətinə: Bu incəlikləri mütləq nəzərə alın -

Ev alanların diqqətinə: Bu incəlikləri mütləq nəzərə alın -

Sosial Sosial
Bakıda ən yaxşı hava bu ərazilərdədir - VİDEO

Bakıda ən yaxşı hava bu ərazilərdədir - VİDEO

Sosial Sosial
DYP-dən “TEKNOFEST”lə bağlı sürücülərə MÜRACİƏT

DYP-dən “TEKNOFEST”lə bağlı sürücülərə MÜRACİƏT

Sosial Sosial
Bakıda “MilliÖn” terminalına müdaxilə: Ancaq əsginasla istifadə mümkündür - FOTO

Bakıda “MilliÖn” terminalına müdaxilə: Ancaq əsginasla istifadə mümkündür - FOTO