Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən ər saxlanıldı

Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən ər saxlanıldı

Mayın 5-də 15:30 radələrində Sabunçu rayonu ərazisində 1996-cı il təvəllüdlü Məmmədova Ayşən Namaz qızının boğularaq qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən Birxeber.Az –ya verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən onun həyat yoldaşı 1996-cı il təvəllüdlü Məmmədov Nurəddin Mehbalı oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.