Kanada İranın hərbi rəhbərliyinə sanksiya tətbiq edib

Kanada İranın hərbi rəhbərliyinə sanksiya tətbiq edib

Kanada iqtidarı İranın müdafiə naziri Məhəmməd Rza Aştianiyə sanksiya tətbiq edib.

“Report” xəbər verir ki, bu barədə Kanadanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sanksiyalar İran Silahlı Qüvvələrinin mərkəzi qərargahının komandanı Xatəm əl-Ənbiyaya qarşı da tətbiq olunub.

Xatırladaq ki, daha öncə ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiya siyahısına səkkiz fiziki şəxs və 15 şirkəti daxil etməklə genişləndirmişdi. Nazirliyin məhdudiyyətləri beş gəmi və bir təyyarə aid olub.