Sallivan İsraillə münasibətləri normallaşdırmadan Ər-Riyadla müqavilə bağlamaqdan imtina edir

Sallivan İsraillə münasibətləri normallaşdırmadan Ər-Riyadla müqavilə bağlamaqdan imtina edir

Ər-Riyad İsraillə münasibətləri normallaşdırmadan ABŞ Səudiyyə Ərəbistanı ilə müdafiə paktı bağlamayacaq.

APA xəbər verir ki, Financial Times-ın məlumatına görə, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan nəşrin Vaşinqtonda təşkil etdiyi tədbirdə deyib.

Sallivanın sözlərinə görə, bu, Amerika tərəfinin Yaxın Şərqdə sülhün bərqərar olması üçün zəruri olan vəziyyətə “hərtərəfli baxışıdır”. Prezidentin köməkçisi qeyd edib ki, bura “ABŞ və Səudiyyə Ərəbistanı arasında anlaşmanın əldə edilməsi, Təl-Əviv və Ər-Riyad arasında münasibətlərin normallaşdırılması və Fələstin xalqının maraqlarına uyğun addımlar daxildir”. "Bütün bunlar bir araya gəlməlidir, bir hissəni digərlərindən ayırmaq mümkün deyil" – Sallivan deyib.

Qeyd edək ki, Ər-Riyad müdafiə paktı bağlamaq üçün Vaşinqtonla danışıqlar aparır.