Azərbaycan sahibkarları Naxçıvanda aqrar sektora maraq göstərir

Azərbaycan sahibkarları Naxçıvanda aqrar sektora maraq göstərir

Azərbaycan sahibkarlar Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatına investisiya yatirmaq istəyirlər.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov "Sahibkarlar Günü"nə həsr olunmuş tədbir çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

"İş adamları Naxçıvanın Türkiyə ilə həmsərhəd olmasını nəzərə alaraq regionun aqrar sektoruna maraq göstərir. Bundan başaqa, "yaşıl enerji" sahəsində xarici sahibkarlardan yatırım gözlənilir", - deyə o qeyd edib.