Azərbaycanın üç bədii gimnastı Bolqarıstandakı turnirdə iştirak edəcək

Azərbaycanın üç bədii gimnastı Bolqarıstandakı turnirdə iştirak edəcək

Azərbaycanın üç bədii gimnastı Bolqarıstanın Burqas şəhərində keçiriləcək “Prize of Julieta Shishmanova” beynəlxalq turnirində iştirak edəcək.

"Report"un məlumatına görə, Ayan Sadıqova, Dəniz Abdullazadə və Dəniz Əsgərova fərdi proqramda bacarığını göstərməyə çalışacaq.

Onlar yarışda məşqçilər Aliyə Paşayeva və Nigar Mircəlallının rəhbərliyi altında mübarizə aparacaqlar. Turnirdə azərbaycanlı hakimlərdən Dilbər İbrahimova ilə Səbinə Hacıyeva ədaləti qoruyacaq.

Qeyd edək ki, yarış aprelin 26-28-də gerçəkləşəcək.