BMT-nin nümayəndəsi: 2026-cı ildə Bakının idman paytaxtı seçiləcəyinə inanıram

BMT-nin nümayəndəsi: 2026-cı ildə Bakının idman paytaxtı seçiləcəyinə inanıram

2026-cı ildə Bakının idman paytaxtı seçiləcəyinə inanıram.

Bunu BMT-nin Sülh Universitetinin Cenevrədəki Daimi Müşahidəçi Nümayəndəliyinin rəhbəri, səfir David Fernandez Puyana “Report”un Ankara Bürosuna açıqlamasında bildirib.

O, deyib ki, Bakının 2026-cı ildə dünyanın idman paytaxtı olması üçün namizədliyinin irəli sürülməsi müsbət hadisədir: “Bu, Azərbaycanın yüksək idman dəyərləri ilə yumuşaq gücünün təbliğidir. Bakıda hər zaman idmana yönəlik mühüm beynəlxalq tədbirlər olub və paytaxt bu işin öhdəsindən uğurla gəlib”.

Səfir Azərbaycan hökumətinin bölgədə sülhün bərqərar olmasına yönəlik addımlarını da təqdir edib: “Azərbaycanın sülhün bərpası üçün fəaliyyətlərini və qərarlarını yüksək dəyərləndirirəm”.