Elmira Süleymanova dəfn olunub - YENİLƏNİB-3

Elmira Süleymanova dəfn olunub - YENİLƏNİB-3

Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanova dəfn olunub.

"Report" xəbər verir ki, mərhumə II Fəxri xiyabanda torpağa tapşırılıb.

15:03

Azərbaycanın ilk İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova ilə vida mərasimi başa çatıb.

"Report" xəbər verir ki, Təzəpir məscidində keçirilən mərasimdə mərhumənin yaxınları, ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

E.Süleymanovanın cənazəsi dəfn olunmaq üçün II Fəxri xiyabana aparılır.

14:57

Azərbaycanın ilk İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunacaq.

“Report”un məlumatına görə, o, aprelin 25-də uzun sürən xəstəlikdən sonra 87 yaşında vəfat edib.

14:10

Azərbaycanın ilk İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova vəfat edib.

“Report”un məlumatına görə, o, 87 yaşında dünyasını dəyişib.

Hazırda mərhumla Təzəpir məscidində vida mərasimi keçirilir.

Qeyd edək ki, Elmira Teymur qızı Süleymanova 17 iyul 1937-ci ildə Bakı şəhərində anadan olub. Kimya elmləri doktoru, (1980), professor (1981), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub. E.Süleymanova 2002-2019-cu illərdə Azərbaycanın İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) vəzifəsini tutub.

O, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə İnsan hüquqlarının qorunması sahəsində xidmətlərinə görə "Şöhrət" və “Şərəf” ordeni ilə təltif edilib.

Foto: Məhəmməd Ağayev