Xankəndi-Laçın yolunda BQXK-nın avtomobilləri növbəti dəfə maneəsiz hərəkət edib - YENİLƏNİB

Xankəndi-Laçın yolunda BQXK-nın avtomobilləri növbəti dəfə maneəsiz hərəkət edib - YENİLƏNİB

Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus ümumilikdə 8 avtomobilin hərəkət etməsinə şərait yaradılıb. 

“Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub. 

Belə ki, 2 yük və 6 minik avtomobili Laçından Xankəndi istiqamətinə keçid ediblər. 

Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur. 

Bununla da gün ərzində Xankəndi-Laçın yolunda hər iki istiqamətdə maneəsiz hərəkət edən BQXK-ya məxsus avtomobillərin sayı 15-ə çatıb.

09:31

Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus ümumilikdə 7 avtomobilin hərəkət etməsinə şərait yaradılıb.

“Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, 6 minik və 1 yük avtomobili Xankəndidən Laçın istiqamətinə keçid ediblər.

Avtomobillərin içərisində erməniəsilli şəxslər olub.

Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur.

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası 75 gündür davam edir.

Belə ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

QARABAĞ QARABAĞ
BQXK-nın daha 7 avtomobili Laçından Xankəndi istiqamətinə keçib - YENİLƏNİB

BQXK-nın daha 7 avtomobili Laçından Xankəndi istiqamətinə keçib - YENİLƏNİB

QARABAĞ QARABAĞ
Ekoaksiya: Xankəndi-Laçın yolunda aktivistlər yüksək fəallıq göstərirlər

Ekoaksiya: Xankəndi-Laçın yolunda aktivistlər yüksək fəallıq göstərirlər

QARABAĞ QARABAĞ
KİV: “Vaşinqtonun təsiri olmasa, Rusiya və İran Ermənistanla Azərbaycan arasında sülh prosesini pozacaq”

KİV: “Vaşinqtonun təsiri olmasa, Rusiya və İran Ermənistanla Azərbaycan arasında sülh prosesini pozacaq”

QARABAĞ QARABAĞ
Xankəndi-Laçın yolunda sülhməramlıların 71 avtomobili maneəsiz keçib - YENİLƏNİB-7

Xankəndi-Laçın yolunda sülhməramlıların 71 avtomobili maneəsiz keçib - YENİLƏNİB-7

QARABAĞ QARABAĞ
Emin Hüseynov: "Azad olunan ərazilərə köçürülən sakinlər yeni həyata tez adaptasiya olunurlar"

Emin Hüseynov: "Azad olunan ərazilərə köçürülən sakinlər yeni həyata tez adaptasiya olunurlar"

QARABAĞ QARABAĞ
Aksiyaya baxmayaraq Xankəndi-Laçın yolu humanitar məqsədlər üçün açıqdır - YENİLƏNİB-2

Aksiyaya baxmayaraq Xankəndi-Laçın yolu humanitar məqsədlər üçün açıqdır - YENİLƏNİB-2

QARABAĞ QARABAĞ
Prezident Şuşada Molla Pənah Vaqif və Pənahəli xan küçələrinin kəsişməsində lövhələrin açılışında iştirak edib

Prezident Şuşada Molla Pənah Vaqif və Pənahəli xan küçələrinin kəsişməsində lövhələrin açılışında iştirak edib

QARABAĞ QARABAĞ
"CNN Türk"ün müxbiri: "Xankəndi-Laçın yolu açıqdır, gördüklərimiz ermənilərin iddialarını puça çıxarır" 

"CNN Türk"ün müxbiri: "Xankəndi-Laçın yolu açıqdır, gördüklərimiz ermənilərin iddialarını puça çıxarır" 

QARABAĞ QARABAĞ
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

QARABAĞ QARABAĞ
Fransalı politoloq: “Beynəlxalq təşkilatlar minaları basdıranları qınamalıdır”

Fransalı politoloq: “Beynəlxalq təşkilatlar minaları basdıranları qınamalıdır”

QARABAĞ QARABAĞ
Xankəndi-Laçın yolunda sülhməramlıların avtomobili maneəsiz keçid edib 

Xankəndi-Laçın yolunda sülhməramlıların avtomobili maneəsiz keçid edib 

QARABAĞ QARABAĞ
Sülhməramlılara məxsus avtomobildə erməniəsilli şəxslər Xankəndidən Laçın istiqamətinə aparılıb - YENİLƏNİB-2

Sülhməramlılara məxsus avtomobildə erməniəsilli şəxslər Xankəndidən Laçın istiqamətinə aparılıb - YENİLƏNİB-2