“Respublika Diaqnostika Mərkəzi”nin səhmdarlarının yığıncağı keçiriləcək

“Respublika Diaqnostika Mərkəzi”nin səhmdarlarının yığıncağı keçiriləcək

İyunun 10-da, saat 15:00-da “Respublika Diaqnostika Mərkəzi” ASC-nin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, yığıncaq Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 147 ünvanında olacaq.

Yığıncağın gündəliyinə şirkətin 2023-cü il üzrə idarəetmə, mənfəət və zərər hesabatlarının təsdiq edilməsi, 2024-cü ildə görüləcək işlər və digər məsələlər daxildir.