Azərbaycanda daşınmaz əmlakın qeydiyyatına sərf olunan vaxt 7 dəfə azaldılıb

Azərbaycanda daşınmaz əmlakın qeydiyyatına sərf olunan vaxt 7 dəfə azaldılıb

Azərbaycanda daşınmaz əmlak üzərində hüquqların "bir pəncərə" prinsi əsasında dövlət qeydiyyatına alınması sahəsindəki islahatlar nəticəsində prosedurların sayı 4-dən 1-ə, sərf olunan vaxt isə 7 gündən 1 günə endirilib.

“Birxeber.Az” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədri, “Əmlakın qeydiyyatı və icarəsi” işçi qrupunun rəhbərinin müavini Nigar Alimova Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyasının bu gün təşkil etdiyi “Rəqəmsal İdarəetmə Platforması və yeni iqtisadi təşəbbüslərin təqdimatı” mövzusundakı konfransda deyib.

"İslahatlar vaxtı diqqət olunan məqamlar prosedurların sayı, xərclər və ödəniş qaydası, sənədlərin hansı qaydada əldə edilməsi və nəhayət sərf olunan vaxtdır.
Əsas hədəf inzibati icra prosedurları minimuma endirərək "bir pəncərə" prinsipinin tətbiqini təmin etmək olub. Bu zaman nəzərdə tutulan məqsədlər optimallaşdırmadan, vahid ödəniş sisteminin tətbiqindən bununla da xərclərin azaldılmasından, xidmətin sadələşdirilməsindən, sənəd kütləsinin azaldılmasından, vaxt itkisinin qarşısının alınmasından ibarət olub.

Nəticədə həm prosedurların sayının, həm də sərf olunan vaxtın əhəmiyyətli şəkildə azaldılmasına nail olunub. Belə ki, əgər əvvəl bütün proseslər 4 prosedur və 1 əmlakın hüquqlarının qeydiyyata alınması 7 günə başa gəlirdisə, yeni dəyişikliyə əsasən, bu, bir prosedur olmaqla cəmi 1 gün ərzində həyata keçirilir", - deyə o bildirib.

Biznes Biznes
Ağsuda KOB dostu fəaliyyətə başlayıb

Ağsuda KOB dostu fəaliyyətə başlayıb

Biznes Biznes
Azərbaycanda sahibkarların 99,6 %-ni KOB-lar təşkil edir

Azərbaycanda sahibkarların 99,6 %-ni KOB-lar təşkil edir

Biznes Biznes
“Norm” ASC Türkiyəyə 1,6 milyon TL dəyərində humanitar yardım göndərib

“Norm” ASC Türkiyəyə 1,6 milyon TL dəyərində humanitar yardım göndərib

Biznes Biznes
Qarabağda kreditlərə dövlət zəmanəti verilməsi, faizlərin subsidiyalaşdırılması qaydası təsdiqlənib

Qarabağda kreditlərə dövlət zəmanəti verilməsi, faizlərin subsidiyalaşdırılması qaydası təsdiqlənib

Biznes Biznes
Xarici investor Azərbaycanda 1 milyon manata helikopter özəlləşdirib

Xarici investor Azərbaycanda 1 milyon manata helikopter özəlləşdirib

Biznes Biznes
Energetika Nazirliyinin səlahiyyətlərindən biri İqtisadiyyat Nazirliyinə verilib

Energetika Nazirliyinin səlahiyyətlərindən biri İqtisadiyyat Nazirliyinə verilib

Biznes Biznes
İnvestisiya təşviqi mexanizminə dair təkliflər İqtisadi Şurada müzakirə edilib

İnvestisiya təşviqi mexanizminə dair təkliflər İqtisadi Şurada müzakirə edilib

Biznes Biznes
SİMA mobil tətbiqinin yenilənməsilə qeydiyyat prosesi daha rahat oldu

SİMA mobil tətbiqinin yenilənməsilə qeydiyyat prosesi daha rahat oldu

Biznes Biznes
Ginekoloqunuzla hər zaman müzakirə etməli olduğunuz 7 mövzu

Ginekoloqunuzla hər zaman müzakirə etməli olduğunuz 7 mövzu

Biznes Biznes
İsveçrə Azərbaycanın qeyri-neft sektoruna investisiyaları artıracaq

İsveçrə Azərbaycanın qeyri-neft sektoruna investisiyaları artıracaq

Biznes Biznes
Tahir Mirkişili: "Azərbaycanda hər 8 nəfərdən 1-i sahibkardır"

Tahir Mirkişili: "Azərbaycanda hər 8 nəfərdən 1-i sahibkardır"

Biznes Biznes
Naxçıvanda nağdsız əməliyyatların ümumi dəyəri 3 dəfə artıb

Naxçıvanda nağdsız əməliyyatların ümumi dəyəri 3 dəfə artıb