KİV: ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb

KİV: ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb

ABŞ münaqişə başlayandan bəri ilk dəfədir ki, İsrailə sursat tədarükünü dayandırıb.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Amerikanın “Axios” nəşri iki İsrail rəsmisinə istinadən məlumat yayıb.

“İsrail rəsmiləri bildiriblər ki, ötən həftə İsrailə sursat tədarükü dayandırılıb”, - materialda deyilir.

Bu, İsrail hökuməti daxilində ciddi narahatlığa səbəb olub. Nəşr bildirir ki, Ağ Ev vəziyyəti şərh etməkdən imtina edib.

Vurğulanıb ki, ABŞ ötən ilin oktyabrından Qəzza zolağında münaqişə başlayandan bəri ilk dəfə olaraq İsrailə silah tədarükünü dayandırıb.