Avropa Liqası: 1/8 finalın bütün iştirakçıları bəlli olub

Avropa Liqası: 1/8 finalın bütün iştirakçıları bəlli olub

UEFA Avropa Liqasında son 1/8 finalçı komanda müəyyənləşib.

“Report”un məlumatına görə, pley-off mərhələsinin cavab oyununda Fransada “Renn”ə qalib gələn Ukraynanın “Şaxtyor” (Donetsk) klubu növbəti raunda adlayıb.

Matçın əsas vaxtı ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. İlk matçda ukraynalılar 2:1 hesabı ilə qalib gəldiklərindən əlavə vaxt oynanılıb. Burada da ümumi tarazlıq pozulmadığından, penaltilər seriyasından istifadə olunub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən (5:4) Donetsk təmsilçisi 1/8 finala yüksəlib.

UEFA Avropa Liqası

Pley-off mərhələsi, cavab oyunları

23 fevral

00:00. “Renn” (Fransa) - “Şaxtyor” (Donetsk, Ukrayna) - 2:1 (PENALTİLƏRDƏ - 4:5)
Qollar: 
Toko Ekambi, 52, İbrahim Salah, 106 - Janyuel Belosyan, 119 (avtoqol)
İlk oyun - 1:2

02:05

UEFA Avropa Liqasında 1/8 finalın daha 3 iştirakçısı bəlli olub.

"Report"un məlumatına görə, İtaliyanın "Roma", İngiltərənin "Mançester Yunayted" və Almaniyanın "Union" (Berlin) komandaları növbəti mərhələyə adlayıblar.

“Renn” (Fransa) - “Şaxtyor” (Donetsk, Ukrayna) görüşündə isə ümumi hesab bərabər olduğundan əlavə vaxt oynanılır.

UEFA Avropa Liqası

Pley-off mərhələsi, cavab oyunları

23 fevral

00:00. “Roma” (İtaliya) - “Zaltsburq” (Avstriya) - 2:0
Qollar: 
Andrea Belotti, 33. Paulo Dibala, 40
İlk oyun - 0:1

00:00. “Mançester Yunayted” (İngiltərə) - “Barselona” (İspaniya) - 2:1
Qollar: 
Fred, 47. Antoni, 73 - Robert Levandovski, 18 (penalti)
İlk oyun - 2:2

00:00. “Union” (Berlin, Almaniya) - “Ayaks” (Niderland) - 3:1
Qollar: 
Robin Knoxe, 20. Yosip Yuranoviç, 44. Danilo Duxi, 50 - Məhəmməd Kudus, 47
İlk oyun - 0:0

00:32

UEFA Avropa Liqasında daha bir komanda 1/8 finala yüksəlib.

"Report"un məlumatına görə, pley-off mərhələsinin cavab oyununda Fransada "Monako"ya qalib gələn Almaniyanın "Bayer" (Leverkuzen) klubu növbəti raunda adlayıb.

Matçın əsas vaxtı qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb. İlk matçda fransalılar eyni hesabla qalib gəldiklərindən əlavə vaxt oynanılıb. Burada da hesab dəyişmədiyindən penaltilər seriyasından istifadə olunub. 11 metrlik cərimə zərbələrini daha dəqiq yerinə yetirən (5:3) Leverkuzen təmsilçisi 1/8 finala yüksəlib.

23:41

UEFA Avropa Liqasında pley-off mərhələsinin cavab oyunlarına start verilib.

"Report"un məlumatına görə, bu günə nəzərdə tutulan 8 matçdan 3-ü artıq başa çatıb. Bununla da 1/8 finala vəsiqə qazanan 3 komandanın adına aydınlıq gəlib.

Bunlar Portuqaliyanın "Sportinq", İtaliyanın "Yuventus" və İspaniyanın "Sevilya" kollektivləridir.

"Monako" (Fransa) - "Bayer" (Leverkuzen, Almaniya) matçında isə ümumi hesab bərabər (5:5) olduğundan əlavə vaxt oynanılacaq.

Qeyd edək ki, digər 4 cavab matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

UEFA Avropa Liqası

Pley-off mərhələsi, cavab oyunları

23 fevral

21:45. “Midtüllan” (Danimarka) - “Sportinq” (Portuqaliya) - 0:4
Qollar:
Sebastyan Koates, 21. Pedru Qonsalveş, 50; 77. Stefan Qartenmann, 85
Qırmızı vərəqə: Paulinyo, 38 ("Midtüllan")
İlk oyun - 1:1

21:45. “Monako” (Fransa) - “Bayer” (Leverkuzen, Almaniya) - 2:3 (PENALTİLƏRDƏ - 3:5)
Qollar:
Vissam Ben Yedder, 19 (penalti). Brel Embolo, 84 - Florian Virts, 13. Esekiel Palasios, 21. Amin Adli, 58
İlk oyun - 3:2

21:45. “Nant” (Fransa) - “Yuventus” (İtaliya) - 0:3
Qollar:
Anxel Di Maria, 5; 20 (penalti); 78
Qırmızı vərəqə: Nikolya Pallua, 18 ("Nant")
İlk oyun - 1:1

21:45. PSV (Niderland) - “Sevilya” (İspaniya) - 2:0
Qollar:
Lyuk de Yonq, 76. Fabio Silva, 90+4
İlk oyun - 0:3

00:00. “Roma” (İtaliya) - “Zaltsburq” (Avstriya)

İlk oyun - 0:1

00:00. “Mançester Yunayted” (İngiltərə) - “Barselona” (İspaniya)

İlk oyun - 2:2

00:00. “Renn” (Fransa) - “Şaxtyor” (Donetsk, Ukrayna)

İlk oyun - 1:2

00:00. “Union” (Berlin, Almaniya) - “Ayaks” (Niderland)

İlk oyun - 0:0

Futbol Futbol
Premyer Liqa: "Sabah" "Qarabağ"a qalib gəlib

Premyer Liqa: "Sabah" "Qarabağ"a qalib gəlib

Futbol Futbol
Kadi: “Bəzən hər şeyi doğru edirsən, amma qol vurmaq alınmır”

Kadi: “Bəzən hər şeyi doğru edirsən, amma qol vurmaq alınmır”

Futbol Futbol
Tanınmış türkiyəli baş məşqçi: "Çempionata davam edəcək vəziyyətdə deyilik"

Tanınmış türkiyəli baş məşqçi: "Çempionata davam edəcək vəziyyətdə deyilik"

Futbol Futbol
Millətlər Liqasının ikinci finalçısı bəlli olub

Millətlər Liqasının ikinci finalçısı bəlli olub

Futbol Futbol
PSJ-də baş məşqçi postuna əsas namizəd bəlli olub

PSJ-də baş məşqçi postuna əsas namizəd bəlli olub

Futbol Futbol
Mahir Emreli "Dinamo"da qala bilər

Mahir Emreli "Dinamo"da qala bilər

Futbol Futbol
Azərbaycan Premyer Liqası: "Qarabağ" "Kəpəz"lə qarşılaşacaq

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Kəpəz"lə qarşılaşacaq

Futbol Futbol
“Qarabağ” avrokuboklarda ən çox qol vuran komandaların siyahısında yer alıb

“Qarabağ” avrokuboklarda ən çox qol vuran komandaların siyahısında yer alıb

Futbol Futbol
​​​​​​​İranda gənc futbolçu stadionda huşunu itirərək ölüb

​​​​​​​İranda gənc futbolçu stadionda huşunu itirərək ölüb

Futbol Futbol
"Qarabağ"ın kapitanı "Qalatasaray"la oyun barədə "Haber Global"a müsahibə verib

"Qarabağ"ın kapitanı "Qalatasaray"la oyun barədə "Haber Global"a müsahibə verib

Futbol Futbol
"Qarabağ" "Olimpiya" ilə oyunun yayımlanmamasına münasibət bildirib

"Qarabağ" "Olimpiya" ilə oyunun yayımlanmamasına münasibət bildirib

Futbol Futbol
İngiltərə klubu Patrik Vieyra ilə yollarını ayırıb

İngiltərə klubu Patrik Vieyra ilə yollarını ayırıb