Xocalı faciəsinin şahidi olan litvalı jurnalistin fotosərgisi keçirilir

Xocalı faciəsinin şahidi olan litvalı jurnalistin fotosərgisi keçirilir

Xocalı faciəsinin şahidi, Qarabağ müharibəsi həqiqətlərini dünyaya çatdıran litvalı jurnalist Riçardas Lapaitisin Litvadakı Jurnalistlər Evində “Xocalıya ədalət” fotosərgisi keçirilir.

"Birxeber.Az" xəbər verir ki, sərginin təşkilatçılığını Azərbaycan Respublikasının Litvadakı Səfirliyi həyata keçirib.

Sərgidə səfirlik nümayəndələri, Litvada yaşayan azərbaycanlılarla yanaşı Litva vətəndaşları və jurnalistlər iştirak edib. Tədbirdə çıxış edən Azərbaycanın Litvadakı səfiri Tamerlan Qarayev ölkəmizin başına gələn bu dəhşətli faciəni unutmağın mümkün olmadığını vurğulayıb:

“Hər bir ölkədə bədbəxt hadisələr olur. Amma bu elə bir faciədir ki, dünya ona susdu. Biz bunu işıqlandıran azsaylı insanlara, o cümlədən də Riçardas Lapaitisə təşəkkür edirik. Xocalıda həlak olanların sayını bilirsiniz? Mən dəqiq sayı deməyəcəm? Çünki hələ də onlarla insan tapılmayıb, onların taleyinin necə olduğu bilinmir.

Əgər Xocalı hadisəsinə qarşı hansısa bir reaksiya olsaydı, mən əminəm ki, bu gün dünyada bənzər hadisələr baş verməzdi. 2020-ci ilin payızında Azərbaycan xalqı 30 il gözləməkdən yorulduğu üçün bütün bu məsələlərə son qoymaq istədi. Biz artıq problemləri həll etmək istəyirdik, ona görə də bizə qarşı olan zorakılığa cavab vermək üçün hərbi gücə əl atmalı olduq və torpaqlarımızı azad etdik. Bu Xocalıda olan faciəyə litvalı hərbi jurnalistin gözü ilə baxırıq. Gələn azərbaycanlılara və bütün qonaqlara təşəkkür edirəm".

Riçardas Lapaitis 1992-ci ildə Xocalı qətliamından sonra çəkdiyi şəkillərin tarixçəsi barədə danışaraq bildirib ki, bu soyqırıma dünya ictimaiyyəti hələ də ədalətli mövqe bildirməyib.

Xarici siyasət Xarici siyasət
Azərbaycan lideri: "İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlimizdən gələni edəcəyik"

Azərbaycan lideri: "İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlimizdən gələni edəcəyik"

Xarici siyasət Xarici siyasət
Prezident: "Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində Anqolanın dəstəyi yüksək qiymətləndirilir"

Prezident: "Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində Anqolanın dəstəyi yüksək qiymətləndirilir"

Xarici siyasət Xarici siyasət
Azərbaycan Prezidenti İrana səfərə dəvət olunub

Azərbaycan Prezidenti İrana səfərə dəvət olunub

Xarici siyasət Xarici siyasət
Ekspert: “Fransalı deputatlar erməni diasporunun dəstəyini almağa çalışırlar”

Ekspert: “Fransalı deputatlar erməni diasporunun dəstəyini almağa çalışırlar”

Xarici siyasət Xarici siyasət
Səfir: “Pakistan hökuməti və xalqı Azərbaycanın yardımını yüksək qiymətləndirir”

Səfir: “Pakistan hökuməti və xalqı Azərbaycanın yardımını yüksək qiymətləndirir”

Xarici siyasət Xarici siyasət
Prezidentin köməkçisi: "Şuşa-Laçın yolundakı etiraz aksiyası Azərbaycan ictimaiyyətinin haqlı narazılığının göstəricisidir"

Prezidentin köməkçisi: "Şuşa-Laçın yolundakı etiraz aksiyası Azərbaycan ictimaiyyətinin haqlı narazılığının göstəricisidir"

Xarici siyasət Xarici siyasət
Los-Ancelesdə azərbaycanlılara hücum edən ermənilərin məhkəməsinin təfərrüfatları məlum olub

Los-Ancelesdə azərbaycanlılara hücum edən ermənilərin məhkəməsinin təfərrüfatları məlum olub

Xarici siyasət Xarici siyasət
Azərbaycanlı deputatlar BMT-də Ermənistanın ekoloji terroru barəsində çıxış ediblər

Azərbaycanlı deputatlar BMT-də Ermənistanın ekoloji terroru barəsində çıxış ediblər

Xarici siyasət Xarici siyasət
Kamran Əliyev beynəlxalq təşkilatın Ekspertlər Qrupunun üzvləri ilə görüşüb

Kamran Əliyev beynəlxalq təşkilatın Ekspertlər Qrupunun üzvləri ilə görüşüb

Xarici siyasət Xarici siyasət
Azərbaycan nümayəndə heyəti Həştərxanda Xəzər Dəniz və Çay Nəqliyyatı İnstitutunda olub

Azərbaycan nümayəndə heyəti Həştərxanda Xəzər Dəniz və Çay Nəqliyyatı İnstitutunda olub

Xarici siyasət Xarici siyasət
İlham Əliyev Albaniya liderini Ermənistanın Azərbaycan ərazilərində törətdiyi cinayətlərlə bağlı məlumatlandırıb

İlham Əliyev Albaniya liderini Ermənistanın Azərbaycan ərazilərində törətdiyi cinayətlərlə bağlı məlumatlandırıb

Xarici siyasət Xarici siyasət
Rəsmi Bakı: "Ermənistan XİN-in Azərbaycanı deportasiyada təqsirləndirməsi absurddur"

Rəsmi Bakı: "Ermənistan XİN-in Azərbaycanı deportasiyada təqsirləndirməsi absurddur"