Almaniya və Türkiyə prezidentləri Ankarada görüşüb

Almaniya və Türkiyə prezidentləri Ankarada görüşüb

Almaniya Prezidenti Frank-Valter Ştaynamyer Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Birxeber.Az xəbər verir ki, görüş Almaniya Prezidentinin Ankaraya səfəri çərçivəsində baş tutub.

Bu, Ştaynmayerin Almaniya prezidenti kimi Türkiyəyə ilk səfəridir. Prezidentlər sonuncu dəfə 2023-cü ilin noyabrında Berlində görüşüb.

Qeyd edək ki, Almaniya dövlət başçısı Ankaradan əvvəl İstanbulda olub, orada görüşlər keçirib.