Azərbaycan-Türkiyə Qeyri-Hökumət Təşkilatlarının forumu keçirilib

Azərbaycan-Türkiyə Qeyri-Hökumət Təşkilatlarının forumu keçirilib

Azərbaycan-Türkiyə Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu keçirilib.

"Birxeber" xəbər verir ki, əvvəlcə iki ölkə arasındakı əlaqələrdən bəhs edən film nümayiş etdirilib.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva bildirib ki, Azərbaycan və Türkiyə həmrəyliyi dünyada sülhün, əməkdaşlığın qarantıdır: "Bu gün keçirilən forum gələcəkdə türk xalqları arasındakı əlaqələrə də müsbət təsir göstərəcək".

Prezident Administrasiyasının Qeyri hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri, Qeyri-Hökumət Təşkilatlarına Dovlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev deyib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra vətəndaş cəmiyyəti institutları ölkənin iqtisadi, sosial və mədəni həyatında mühüm rol oynayıb: "QHT-lərə Dövlət Dəstəyi Agentliyinin yaradılması dövlət ilə QHT-lər arasında əməkdaşlığın inkişafının bir nümunəsinə çevrilib. Buna görə də dövlət orqanlarının QHT-lərlə yaxından əməkdaşlıq etməsi, qərarların qəbulu və sifarişlərin icrası prosesində onların iştirakına şərait yaradılması mühüm əhəmiyyət kəsb edir. Azərbaycan dövləti ölkədə fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarının, o cümlədən qeyri-hökumət təşkilatlarının formalaşmasına və inkişafına daim ciddi önəm verir. Hazırda ölkədə ictimai təşkilatların fəaliyyətini tənzimləyən əlverişli hüquqi baza mövcuddur".

Türkiyə Daxili İşlər Nazirliyi Vətəndaş Cəmiyyəti ilə əlaqələr Baş İdarəsinin rəhbəri Ahmet Türköz Azərbaycan bayrağının Qarabağda dalğalanmasına və Azərbaycanda olduğuna görə sevindiyini söyləyib: "Azərbaycanla Türkiyə arasında iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi üçün işlər görülür. Ölkələr arasında iş birliyinin və ortaq layihələrin həyata keçirilməsi olduqca vacibdir".

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi rəhbərinin müşaviri Orxan Qazigil İkinci Qarabaş müharibəsi dövründə və ondan sonra Türkiyə və Azərbaycan münasibətlərinin daha da inkişaf etməsindən danışıb: "Qarabağda düşmənin törətdiyi vandallıqları görüb məyus olduq, amma Prezident İlham Əliyevin tapşırığı ilə başlayan quruculuq işlərini görüb sevinirik".

Azərbaycan Gənclər Fondunun İcraçı direktoru Fərid Cəfərov qeyd edib ki, Gənclər Fondu 2018-ci ildən Türkiyənin Gənclər və İdman Nazirliyi ilə bir neçə layihə həyata keçirib: "Eyni zamanda fondun dəstəyi ilə Azərbaycanın gənc mütəxəsisləri Türkiyədə təcrübə keçiblər, Türkiyədə gənclər üçün mövcud olan yataqxanaların, kampnların təcrübəsi öyrənilib. 44 günlük Vətən müharibəsi dövründə Türkiyənin Gənclər Fondu böyük numayəndə heyəti ilə Azərbaycana gəldi və Gəncəyə, Bərdəyə səfər etdi. Həmin dövrdə Türkiyə-Azərbaycan gənclərinin ortaq platforması təsis edildi və bu platforma erməni yalanarının ifşasında mühüm rol oynadı. Bu forumdan sonra da hər iki ölkənin qeyri-hökumət təşkiatlarının üzərinə mühüm vəzfə düşəcək".

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov xatırladıb ki, Vətən müharibəsi gedişində Azərbaycan jurnalistləri peşə borclarını yerinə yetirməklə yanaşı silaha sarılaraq Vətənin müdafiəsinə qalxıb və onların əksəriyyəti dövlətin yüksək mükafatları ilə təltif olunublar: "Vəzifə borclarını yerinə yetirərkən şəhid olan jurnalistlər də var və Azərbaycan jurnalistləri birinci dəfə deyil ki, erməni terrorunun qurbanı olurlar.

İndi Azərbaycan mediası öz işini qalib ölkənin və müasir çağırışların tempinə uyğunlaşdırmaq üçün yeni konseptual yanaşma sərgiləməlidir. 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidentinin ölkəmiz haqqında həqiqətlərin dünyaya çatdırılması istiqamətində yorulmaz fəaliyyəti media nümayəndələrinin öz peşə borclarını yerinə yetirərkən istinad etdikləri mötəbər mənbə və dəyərli nümunədir".

Tədbir çıxışlarla davam edib.

Xarici siyasət Xarici siyasət
Alessandro Bianki: "Azad olunan ərazilərdə dağıntıların miqyası dəhşətlidir"

Alessandro Bianki: "Azad olunan ərazilərdə dağıntıların miqyası dəhşətlidir"

Xarici siyasət Xarici siyasət
Almaniya hökuməti məcburi köçkünlərlə bağlı layihələrə dəstək verəcək

Almaniya hökuməti məcburi köçkünlərlə bağlı layihələrə dəstək verəcək

Xarici siyasət Xarici siyasət
ABŞ-ın Azərbaycandakı səfirliyi əfv sərəncamını alqışlayıb

ABŞ-ın Azərbaycandakı səfirliyi əfv sərəncamını alqışlayıb

Xarici siyasət Xarici siyasət
Böyük Britaniya Kraliçası Azərbaycan Prezidentini təbrik edib

Böyük Britaniya Kraliçası Azərbaycan Prezidentini təbrik edib

Xarici siyasət Xarici siyasət
Azərbaycan-Türkiyə Qeyri-Hökumət Təşkilatlarının forumu keçirilib

Azərbaycan-Türkiyə Qeyri-Hökumət Təşkilatlarının forumu keçirilib

Xarici siyasət Xarici siyasət
Mustafa Şentop: “Arzumuz Azərbaycanın haqq səsinin beynəlxalq aləmdə eşidilməsidir”

Mustafa Şentop: “Arzumuz Azərbaycanın haqq səsinin beynəlxalq aləmdə eşidilməsidir”

Xarici siyasət Xarici siyasət
İran: Azərbaycanla əlaqələrin inkişafına xüsusi diqqət yetiririk

İran: Azərbaycanla əlaqələrin inkişafına xüsusi diqqət yetiririk

Xarici siyasət Xarici siyasət
Dövlət başçısı: "UN-HABITAT-la bu il Ağdamda illik Milli Şəhər Forumunun təşkil olunması məsələsi müzakirə edilir"

Dövlət başçısı: "UN-HABITAT-la bu il Ağdamda illik Milli Şəhər Forumunun təşkil olunması məsələsi müzakirə edilir"

Xarici siyasət Xarici siyasət
Səfir: “Aİ qadınlara qarşı zorakılıqla mübarizə üzrə Azərbaycan ilə əməkdaşlıq edir”

Səfir: “Aİ qadınlara qarşı zorakılıqla mübarizə üzrə Azərbaycan ilə əməkdaşlıq edir”

Xarici siyasət Xarici siyasət
Əli Əsədov Gürcüstan Baş nazirinin müavini ilə görüşüb

Əli Əsədov Gürcüstan Baş nazirinin müavini ilə görüşüb

Xarici siyasət Xarici siyasət
Rusiya Dövlət Dumasının deputatı Azərbaycan ilə parlamentlərarası dialoqu genişləndirməyə çağırıb

Rusiya Dövlət Dumasının deputatı Azərbaycan ilə parlamentlərarası dialoqu genişləndirməyə çağırıb

Xarici siyasət Xarici siyasət
İlham Əliyev: "Fransa ilə əlaqələr bizim üçün vacibdir"

İlham Əliyev: "Fransa ilə əlaqələr bizim üçün vacibdir"