Kəmaləddin Heydərov Göygöl şəhərində vətəndaşları qəbul edəcək

Kəmaləddin Heydərov Göygöl şəhərində vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Göygöl şəhərində vətəndaşları qəbul edəcək.

Birxeber.Az xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.

Məlumata görə, fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 26 aprel tarixində Göygöl şəhərində, Göygöl rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 10.00-dan Göygöl və Daşkəsən rayonları sakinlərinin qəbulu keçiriləcəkdir. Qəbula gələn vətəndaşların qeydiyyatı 25 aprel 2024-cü il tarixdə Göygöl rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 09.00-da başlayacaq.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Əlaqə:
tel: +994 (12) 512-01-14
e-mail: [email protected]