"Neftçi"nin baş məşqçisi: Azarkeşlərdən üzr istəyirəm

"Neftçi"nin baş məşqçisi: Azarkeşlərdən üzr istəyirəm

Çox məyusam, azarkeşlərdən üzr istəyirəm.

"Birxeber.Az" xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Miodraq Bojoviç Azərbaycan Premyer Liqasının XXXIII turu çərçivəsində "Qarabağ"la oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Mütəxəssis 0:5 hesabı ilə məğlub olduqları matçla bağlı bunları söyləyib: "Təəssüf ki, rahat şəkildə məğlub olduq. Qırmızı vərəqədən sonra hər şey bəlli idi. Rəqibin daha əvvəl keçirdiyi matçlara baxmışdıq. Ancaq səhvlərimiz çox oldu. Onların üzərində işləməliyik. Düşünürdük ki, mərkəzdə topu saxlamaqla nəsə edə bilərik, lakin Ağdam klubu bizə qarşı tamamilə fərqli hazırlaşmışdı".

Mütəxəssis təkbətək mübarizələrdə çətinlik çəkdiklərini dilə gətirib: "Bu da böyük oyunlarda problem yaşamağımıza səbəb olur".