Xorvatiyalı deputat: “Xocalı soyqırımı beynəlxalq ictimaiyyət tərəfindən pislənilməlidir”

Xorvatiyalı deputat: “Xocalı soyqırımı beynəlxalq ictimaiyyət tərəfindən pislənilməlidir”

“Xocalı soyqırımı beynəlxalq ictimaiyyət tərəfindən pislənilməlidir”.

Azərbaycanın Xorvatiyadakı Səfirliyindən “Birxeber.Az”a verilən məlumata görə, bunu Xorvatiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvü millət vəkili Veljko Kajtazi ölkəmizin Xorvatiyadakı Səfirliyi tərəfindən Zaqreb şəhərində Xocalı soyqırımının 31-ci ildönümü münasibətilə təşkil olunan konfransda deyib.

Konfransda, Xorvatiya Respublikasının dövlət qurumlarının rəsmiləri, ölkə Parlamentinin üzvləri, Zaqrebdə akkreditə olunmuş diplomatik korpusun rəhbərləri, AR Baş Prokurorluğunun nümayəndəsi, Xorvatiya Ali təhsil müəssisələrinin rəhbərləri, beynəlxalq humanitar hüquq sahəsində fəaliyyət göstərən ekspertlər və beyin mərkəzlərinin nümayəndələri, Xorvatiyada yaşayan Azərbaycanlılar, həmçinin ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.

Tədbirdə ilk öncə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən səfir Anar İmanov, Xocalı soyqırımı barədə ətraflı məlumat verərək, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə Azərbaycanın Xocalı şəhərini işğal edərək çoxlu sayda mülki əhalini, əsasən də uşaq və qadınları qətlə yetirdiyini bildirib. Səfir, Ermənistan silahlı qüvvələri tərəfindən xalqımıza qarşı törədilən vəhşiliklərdən danışaraq, soydaşlarımızın xüsusi amansızlıqla və qəddarlıqla qətlə yetirdiyini, əsir götürülən insanların dəhşətli işgəncəyə, zülmə və təhqirlərə məruz qaldığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Səfir hər il fevralın 26-da dünyanın bir çox ölkələrində “Xocalıya ədalət” kampaniyası çərçivəsində müxtəlif tədbirlərin keçirildiyini, Azərbaycan tərəfindən Xocalı soyqırımı ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması və bu tip cinayətlərin beynəlxalq səviyyədə tanıdılması ilə bağlı zəruri tədbirlərin görüldüyünü bildirib.

Tədbirdə Türkiyənin Xorvatiyadakı səfiri Yavuz Selim Kıran, Xorvatiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvü millət vəkili Veljko Kajtazi, Azərbaycan Respublikasının Baş Prokurorunun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi İlqar Səfərov, Xorvatiyanın İnkişaf və Beynəlxalq Münasibətlər İnstitutunun (IRMO) məsul üzviləri Kreşevan Antun Duymoviç və Matea Rokniç, Zaqreb Universitetinin Hüquq Fakültəsinin professoru Maja Munivrana, Bakı Multikultiralizm Mərkəzinin Xorvatiyalı nümayəndəsi İmran Srebrenikoviç, Xorvatiya-Azərbaycan Dostluq Cəmiyyətinin üzvü Rosana Svetiç çıxış edərək, Xocalı soyqırımı cinayətinin beynəlxalq ictimaiyyət tərəfindən pislənməsini, gələcəkdə bu tip qanlı hadisələrin təkrarlanmaması üçün cinayətkarların cəzalandırılmasının vacibliyini qeyd ediblər.

Natiqlər, Xocalı soyqırımı ilə yanaşı baş vermiş digər soyqırımı cinayətlərindən də nəticə çıxarılmasını, insanlıq əleyhinə törədilən cinayətlərin qarşısının alınmasını, siyasi və hüquqi qiymətləndirilmənin yollarının müəyyənləşdirilməsinin vacibliyini vurğulayıblar.

Tədbirdə, Heydər Əliyev Fondu tərəfindən hazırlanmış Xocalı soyqırımını əks etdirən sənədli film nümayiş etdirilmiş və “Xocalıya ədalət” kampaniyası tərəfindən nəşr olunmuş bukletlər tədbir iştirakçılarına təqdim olunub.

Xarici siyasət Xarici siyasət
Ceyhun Bayramov Polşada Mövlud Çavuşoğlu ilə görüşüb

Ceyhun Bayramov Polşada Mövlud Çavuşoğlu ilə görüşüb

Xarici siyasət Xarici siyasət
Pakistan səfiri: “Azərbaycan bizimlə həmrəydir və ölkəmizi dəstəkləyir”

Pakistan səfiri: “Azərbaycan bizimlə həmrəydir və ölkəmizi dəstəkləyir”

Xarici siyasət Xarici siyasət
Hikmət Hacıyev və Corc Dik Azərbaycanın İrandakı səfirliyinə hücumu müzakirə edib

Hikmət Hacıyev və Corc Dik Azərbaycanın İrandakı səfirliyinə hücumu müzakirə edib

Xarici siyasət Xarici siyasət
Prezident: “Şaxələndirmə enerji təhlükəsizliyinin ən vacib amillərindən biridir”

Prezident: “Şaxələndirmə enerji təhlükəsizliyinin ən vacib amillərindən biridir”

Xarici siyasət Xarici siyasət
"Azərbaycan öz ərazisinə heç bir missiyanın gəlməsinə icazə verməyəcək" - RƏY

"Azərbaycan öz ərazisinə heç bir missiyanın gəlməsinə icazə verməyəcək" - RƏY

Xarici siyasət Xarici siyasət
Azərbaycan və Misir prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Azərbaycan və Misir prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Xarici siyasət Xarici siyasət
İsrail Prezidenti: “İranın təhlükə və təhdid yaratdığı qlobal, regional təhlükəsizlik strukturuna nəzər saldıq”

İsrail Prezidenti: “İranın təhlükə və təhdid yaratdığı qlobal, regional təhlükəsizlik strukturuna nəzər saldıq”

Xarici siyasət Xarici siyasət
AEBA direktoru əməkdaşlığa görə Azərbaycan XİN-ə təşəkkür edib

AEBA direktoru əməkdaşlığa görə Azərbaycan XİN-ə təşəkkür edib

Xarici siyasət Xarici siyasət
Almaniyada qanunsuz yaşayan 25 Azərbaycan vətəndaşı ölkəmizə geri qəbul edilib

Almaniyada qanunsuz yaşayan 25 Azərbaycan vətəndaşı ölkəmizə geri qəbul edilib

Xarici siyasət Xarici siyasət
Berlin nə Qarabağın “müstəqilliyini”, nə də orada keçirilən “seçkiləri” tanıyır

Berlin nə Qarabağın “müstəqilliyini”, nə də orada keçirilən “seçkiləri” tanıyır

Xarici siyasət Xarici siyasət
Şarl Mişel: "Aİ Azərbaycan və Ermənistan arasında dialoqu dəstəkləməyə sadiqdir"

Şarl Mişel: "Aİ Azərbaycan və Ermənistan arasında dialoqu dəstəkləməyə sadiqdir"

Xarici siyasət Xarici siyasət
Rusiya XİN: “Müstəqillik illərində Azərbaycan ciddi uğurlar əldə edib”

Rusiya XİN: “Müstəqillik illərində Azərbaycan ciddi uğurlar əldə edib”