Pentaqon İraqı Amerika qüvvələrinin təhlükəsizliyini təmin etməyə çağırıb

Pentaqon İraqı Amerika qüvvələrinin təhlükəsizliyini təmin etməyə çağırıb

Rəsmi Vaşinqton İraq hökumətindən ABŞ-nin İraq və Suriyadakı bazalarına zərbələr fonunda Amerika hərbçilərinin təhlükəsizliyini təminatını xahiş edir.

“Report” xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Patrik Rayder jurnalistlər üçün ənənəvi brifinqdə bildirib.

Aprelin 22-də İranın hərbi qruplaşmaları ABŞ-nin İraq və Suriyadakı qüvvələrinə qarşı iki uğursuz hücum edib. Bu, fevralın 4-dən koalisiya obyektlərinə ilk hücumdur. Bu hücumlar koalisiya qüvvələrinin və İraqdakı şəxsi heyətin təhlükəsizliyini təhlükə altına alır.

“İraq hökumətini bu qrupların hücumları ilə əlaqədar ABŞ ordusunun İraq və Suriyada təhlükəsizliyini təmin etmək üçün bütün lazımi addımları atmağa çağırırıq. Hücumlar davam edərsə, əvvəllər olduğu kimi gücümüzü qorumaqdan çəkinməyəcəyik", - Rayder deyib.