“Yuventus” İtaliya kubokunun ilk finalçısı olub

“Yuventus” İtaliya kubokunun ilk finalçısı olub

İtaliya kubokunun cavab matçında "Yuventus" səfərdə "Latsio"ya 1:2 hesabı ilə uduzub.

"Report"un məlumatına görə, görüş Romada "Olimpiya" stadionunda baş tutub.

"Latsio"nun qollarını Valentin Kastelyanos vurub (12 və 49-cu dəqiqələr). "Yuventus"un heyətində Arkadiuş Milik (83) fərqlənib. "Yuventus" iki oyunda "Latsio"nu ümumi hesabda məğlub edib, Turin komandası evdə 2:0 hesabı ilə qalib gəlib.

Finalda "Yuventus" "Fiorentina" - "Atalanta" matçının qalibi ilə qarşılaşacaq. Aprelin 3-də keçirilən ilk oyunda “Atalanta” səfərdə 0:1 hesabı ilə uduzub. Cavab oyunu aprelin 24-də Berqamoda keçiriləcək.

“Yuventus” 22-ci dəfə İtaliya kubokunun finalında çıxış edəcək, komandanın turnirdə 14 qələbəsi var ki, bu da rekord göstəricidir. Sonuncu turun qalibi finalda "Fiorentina"ya 2:1 hesabı ilə qalib gələn "İnter" olub.