Kənan Qasımov: "Bu il Azərbaycanda turizmin bərpa prosesi yekunlaşacaq"

Kənan Qasımov: "Bu il Azərbaycanda turizmin bərpa prosesi yekunlaşacaq"

Bu il Azərbaycanda turizm sektorunda 2019-cu ilin rəqəmlərinə çatacağıq və turizmin bərpa prosesi yekunlaşacaq.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov deyib.

O qeyd edib ki, bütün hallarda əsas məqsəd turist sayının artmasıdır: "Buna görə müxtəlif layihələr həyata keçirməliyik. Azərbaycanda turizmlə bağlı ən böyük çətinliklərdən biri olan mövsümiliyin aradan qaldırılması və yeni turizm məhsullarının yaradılması istiqamətində ciddi işlər həyata keçirilir".

Onun sözlərinə görə, tibbi turizm üzrə Azərbaycanda böyük potensial var: "Eyni zamanda Azərbaycanda tibbi turizmin inkişafı ilə bağlı layihələr həyata keçirilir. Bunlarla bərabər turizmə investisiyaların təşviq edilməsi və ölkəyə gətirilən turistlərə münasibətdə subsidiya mexanizmlərinin işlənib hazırlanması, ölkəyə digər şəhərlərdən uçuşların artırılması və xidmətin əlçatanlığının təmin edilməsi istiqamətində ciddi addımlar atılır".