Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında iddia

Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında iddia

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Erməni araşdırmaçısı Rəşid Behbudov haqqında böhtan yaydı” adlı veriliş hazırlanıb.

"Birxeber.Az" xəbər verir ki, verilişdə erməni araşdırmaçıların dahi sənətkarlar Rəşid Behbudov, Qara Qarayev, Müslüm Maqomayev haqqında yalan və böhtan dolu məlumatlar yayması ön plana çəkilir, hayların Qərbi Azərbaycanda soydaşlarımızın yalnız bir neçə kənddə yaşadığını və təsərrüfatla məşğul olduğunu iddia etməsinin bu ərazidə böyük tarixi irsi silmək məqsədi daşıdığı bildirilir.

Qeyd olunur ki, Qərbi Azərbaycanın öncəki və sovetləşmə dövründə azərbaycanlı ictimai xadimlər, elm, təhsil, mədəniyyət, incəsənət adamları, tanınmış simaları yetişmiş, ölkənin həyatında böyük rol oynamış və bu gerçəklik millətçi erməni tarixçilərinə sərf etmir.

Vurğulanır ki, araşdırmaçı David Petrosyan azərbaycanlıların ziyalıları haqqında və onların erməni ictimai, ədəbi, mədəni mühitinə böyük təsirindən danışır, azərbaycanlılarla dost olmasa da həqiqəti dana bilmədiyini açıqlayır. O, erməni xislətindən irəli gələrək böyük sənətkar Rəşid Behbudov haqqında məlumatları saxtalaşdırılmış, təhrif olunmuş şəkildə təqdim edir. Təbii ki, bu sağalmaz erməni xəstəliyinin ən adi əlamətləridir.

Ermənistan sakinləri arasında belə bir fikir var ki, azərbaycanlılar burada əsasən Masis rayonun kəndlərində yaşayıblar: “Araşdırmaçı David Petrosyan ötən əsrin son onilliyinə qədər bütün ölkədə, o cümlədən paytaxtda yaşayan Ermənistan azərbaycanlılarından bəhs edir.

Sonda bildirilir ki, mövzunu genişləndirib, adları bir-bir qeyd etməklə Qərbi Azərbaycan ziyalıları, ictimai xadimlərinin miqyası, fəaliyyətlərini qeyd etmək olar: “Bu gün Qərbi Azərbaycanda yaşayan minlərlə azərbaycanlının böyük mədəni, ictimai irsini, fəaliyyətini yaşadıb təbliğ etmək vacibdir”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş aprelin 23-də saat 19:30-da "Baku TV"nin efirində və saat 21:30-da yutub kanalında yayımlanıb.