Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Rusiya müdafiə nazirinin müavini Timur İvanovun saxlanılması barədə Prezident Vladimir Putinə məruzə edilib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, bu barədə müdafiə naziri Sergey Şoyqu da əvvəlcədən məlumatlandırılıb.