Norveçli səyahətçi: Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması barışığa atılan addımdır

Norveçli səyahətçi: Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması barışığa atılan addımdır

Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıması barışıq yolunda atılan ilk mühüm addımdır.

Bu barədə "Report"a norveçli səyahətçi Liz Rezvold məlumat verib.

"Ermənistan hökumətinin Azərbaycanla danışıqlar aparmasını və Qarabağı Azərbaycan ərazisi kimi tanımasını nəzərə alsaq, münasibətlərin normallaşması və barışığın əldə edilməsi, münasibətlərin yaxşılaşması və gələcək əməkdaşlıq üçün yaxşı zəmin yaradıldığını söyləmək olar”, - o vurğulayıb.

Səyahətçi ümid etdiyini bildirib ki, BMT kimi təşkilatlar da Bakı ilə İrəvan arasında sülhün bərqərar olmasına töhfə verəcəklər.