Jan de Brabander: "Yaşıl enerjiyə keçid imkanlarının təşviqi çox önəmlidir"

Jan de Brabander: "Yaşıl enerjiyə keçid imkanlarının təşviqi çox önəmlidir"

Noyabrda Bakıda keçiriləcək BMT-nin Tərəflər Konfransı olan "COP29" haqqında geniş müzakirə apardıq, hesab edirik ki, yaşıl enerjiyə keçid imkanlarının təşviqi çox önəmlidir.

APA-nın xəbərinə görə, bunu mətbuata açıqlamasında Brüssel Diplomatiya Akademiyasının koordinatoru Jan de Brabander deyib.

Onun sözlərinə görə, bütün dövlətlər yaşıl enerji resurslarına sərmayələrin cəlbinə diqqət yetirməlidir:

"Bu görüşün vacibliyinə dəfələrlə hədər yerə diqqət çəkilməyib. Biz sizin ölkənin nümayəndələri ilə Azərbaycanın digər dövlətlərə ətraf mühitin mühafizəsi sahəsində verəcəyi töhfələri müzakirə etdik. Azərbaycan neft hasilatçısı olan bir ölkə kimi yaşıl enerji resurslarına ciddiyyətlə yanaşır. Bunu Prezident İlham Əliyevin də çıxışı nümayiş etdirdi. Ölkəniz də bir çox dövlətlər kimi məhz bərpa olunan enerji mənbələrinə sərmayə cəlb olunmasında maraqlıdır".