Metyu Brayza: Azərbaycan və Ermənistan arasında normallaşma prosesi müsbət istiqamətdə davam edir

Metyu Brayza: Azərbaycan və Ermənistan arasında normallaşma prosesi müsbət istiqamətdə davam edir

Hesab edirəm ki, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi müsbət istiqamətdə davam edir.

APA xəbər verir ki, bunu aprelin 23-də ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edən ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan sülh sazişinə çatmaq istəyirlər: “Bugünkü görüşdə Azərbaycan Prezidenti də bildirdi ki, onlar artıq böyük siyasi fikir ayrılığı olan məsələləri həll ediblər. Sadəcə, yerdə qalan məsələlər texniki və həlli asan olan məsələlərdir ki, beynəlxalq hüquq çərçivəsində həll olunacaq. Əvvəllər Ermənistan tərəfindən Qarabağın Azərbaycana məxsus olmaması ilə bağlı bəyanatlar səsləndirilirdi, ancaq artıq belə bəyanat və tələblər yoxdur. Hesab esirəm ki, Prezident Əliyev də əmindir ki, normallaşma prosesi davam edə bilər. Sərhəddə demarkasiya prosesi başlayıb və irəliləyir.

Prezident Əliyev də bu gün bildirdi ki, artıq 30 ildir Gürcüstan və Azərbaycan sərhədlərin demarkasiyasını tam tamamlamayıb, ona görə də Azərbaycan və Ermənistan arasında bu proses daha uzun çəkə bilər. Bunun nə zaman tamamlanacağını bilmək olmaz onaa görə də hesab edirəm ki, proses tam tamamlanana qədər sülh sazişini imzalamamaq məntiqli olmaz”.