Qadın voleybolçulardan ibarət Azərbaycan çempionatının qalibi bəlli olub

Qadın voleybolçulardan ibarət Azərbaycan çempionatının qalibi bəlli olub

Qadın voleybolçulardan ibarət Azərbaycan çempionatının qalibi müəyyənləşib.

"Birxeber.Az"un məlumatına görə, Bakı İdman Sarayında baş tutan final matçında "Azərreyl" və "Abşeron" kollektivləri üz-üzə gəlib.

İlk set 25:13 hesabı ilə "Azərreyl"in xeyrinə başa çatıb. "Abşeron" ikinci seti 25:15 öndə tamamlayıb. Sonra ardıcıl iki setdə 25:21 üstün olan "Azərreyl" rəqibini 3:1 hesabı ilə məğlub edərək Azərbaycan çempionu olub.

Qeyd edək ki, dünən kişi voleybolçular arasında çempionatın final qarşılaşmasında “Azərreyl” kollektivi “Murov Az Terminal”a 3:2 hesabı ilə qalib gəlib.