Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq

Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq

Bakıda gerçəkləşən Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq.

"Birxeber.Az" xəbər verir ki, bunu Azərbaycanın mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı Altınbek Maksutov ilə görüşündə deyib.

Nazir xatırladıb ki, Qırğız Mədəniyyəti Günləri 23-26 aprel tarixlərini əhatə edəcək.

Söhbət zamanı ötən il “Türk dünyasının mədəniyyət paytaxtı” missiyasını yerinə yetirən Azərbaycanın Şuşa şəhərinin qardaş ölkələrin sənət adamlarını və bədii kollektivlərini bir araya gətirdiyi bildirilib.

Diqqətə çatdırılıb ki, qədim Şuşa 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilib. Bu il Şuşa rəngarəng tədbirlərlə türk-islam dünyasının görüş məkanı olacaq.