Azad olunan Xankəndidə ilk körpə dünyaya gəlib

Azad olunan Xankəndidə ilk körpə dünyaya gəlib

İşğaldan azad edildikdən sonra Xankəndi şəhərindəki tibb müəssisəsində 1997-ci il təvəllüdlü Səadət Namazlının ilk körpəsi dünyaya gəlib.

Bu barədə "Birxeber.Az"a TƏBİB-dən məlumat verilib.

Qeyd olunub ki, doğulan körpənin cinsi kişi, çəkisi 3 000 qr, boyu 49 sm-dir.

Hazırda anaya və körpəyə zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir, vəziyyətləri qənaətbəxşdir.