Azərbaycanda ödənişli xidmətlərdən büdcə daxilolmaları 6 % artıb

Azərbaycanda ödənişli xidmətlərdən büdcə daxilolmaları 6 % artıb

Bu ilin I rübündə Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 118,8 milyon manatı və yaxud 1,3 %-i büdcədən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmaların payına düşüb.

“Birxeber.Az” bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,3 % çox, proqnoza nisbətən isə 23,2 % çoxdur.

Yanvar-mart aylarında büdcə gəlirlərində qeyri-neft-qaz sektoru üzrə daxilolmaların 2,5 %-ni ödənişli xidmətlərindən daxilolmalar təmin edib.