Siyavuş Novruzov: Narkotik artıq məktəblərə yol tapıb

Siyavuş Novruzov: Narkotik artıq məktəblərə yol tapıb

Bu gün bütün cəmiyyəti narahat edən məsələ narkotikdir.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”nda ” təklif edilən dəyişikliklərin müzakirəsi zamanı parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Siyavuş Novruzov bildirib ki, narkotik artıq məktəblərə yol tapıb: “Bu insanların müalicəsi üçün dispanserlər yoxdur. Bir dispanser var idi, onun da rəhbərliyi korrupsiya üstündfə məsuliyyətə cəlb edildi. İran vətəndaşından almışam” ifadəsi artıq mövcuddur. Kimdir bizim ölkəni zəhərləyən, İran vətəndaşı kimdir? Narkotiklə mübarizəni ciddiləşdirməliyik. Bu problem hər bir şəxsin qapısını döyə bilər. Azərbaycanın milli mentalitetinə zidd olan və Azərbaycan uşaqlarının gələcəyini məhv edən bu sistemə son qoyaq”.