Xankəndi-Laçın yolunda ekoaksiyanın 72-ci günü: tələblər dəyişməz, şüarlar eyni

Xankəndi-Laçın yolunda ekoaksiyanın 72-ci günü: tələblər dəyişməz, şüarlar eyni

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası yetmiş iki gündür davam edir.

“Birxeber.Az”un hazırda ərazidə olan əməkdaşı xəbər verir ki, havanın küləkli, soyuq və şaxtalı olmasına baxmayaraq, aksiya iştirakçıları ötən gecə boyu da yüksək fəallıq nümayiş etdiriblər.

Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində gecə boyu da heç bir insident baş verməyib.

Həmişə olduğu kimi, etirazçılar bu səhəri də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar.

Onlar etirazlarını yüksək əhval-ruhiyyə ilə davam etdirirlər.

Eyni zamanda ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər.

Aksiya iştirakçılarının tələbləri ilk gündən olduğu kimi, dəyişməz olaraq qalır.

Etirazçılar aksiyanın keçirildiyi ilk gündən etibarən dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar.

Belə ki, ekofəallar və gənc könüllülər “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!”, "Экоциду нет! Мониторингу да!" şüarlarını səsləndirirlər.

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

2022-ci il dekabrın 12-dən etibarən isə etiraz aksiyası başlayıb.

QARABAĞ QARABAĞ
Xankəndi-Laçın yolunda aksiyanın 61-ci günü: “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”

Xankəndi-Laçın yolunda aksiyanın 61-ci günü: “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”

QARABAĞ QARABAĞ
Rus İcması: “Laçın yolundan qanunsuz istifadəyə yol verməyəcəyik”

Rus İcması: “Laçın yolundan qanunsuz istifadəyə yol verməyəcəyik”

QARABAĞ QARABAĞ
Ağdaban soyqırımından 31 il ötür

Ağdaban soyqırımından 31 il ötür

QARABAĞ QARABAĞ
Xankəndi-Laçın yolundakı aksiya iştirakçılarına bayram sovqatı paylanılıb 

Xankəndi-Laçın yolundakı aksiya iştirakçılarına bayram sovqatı paylanılıb 

QARABAĞ QARABAĞ
Xankəndi-Laçın yolunda aksiyanın tələbləri 71 gündür dəyişilməz qalır

Xankəndi-Laçın yolunda aksiyanın tələbləri 71 gündür dəyişilməz qalır

QARABAĞ QARABAĞ
BQXK-nın avtomobillərində uşaq bezləri və qidaları Xankəndiyə aparılıb - YENİLƏNİB 

BQXK-nın avtomobillərində uşaq bezləri və qidaları Xankəndiyə aparılıb - YENİLƏNİB 

QARABAĞ QARABAĞ
Bu gün Xankəndi-Laçın yolunda sülhməramlıların 41 avtomobili maneəsiz keçib - YENİLƏNİB-4 

Bu gün Xankəndi-Laçın yolunda sülhməramlıların 41 avtomobili maneəsiz keçib - YENİLƏNİB-4 

QARABAĞ QARABAĞ
Havanın dumanlı və şaxtalı olmasına baxmayaraq, Xankəndi-Laçın yolunda aksiya davam edir

Havanın dumanlı və şaxtalı olmasına baxmayaraq, Xankəndi-Laçın yolunda aksiya davam edir

QARABAĞ QARABAĞ
Xocavənd rayonunun Qarakənd yaşayış məntəqəsi yaxınlığında tərk edilmiş döyüş mövqeyi

Xocavənd rayonunun Qarakənd yaşayış məntəqəsi yaxınlığında tərk edilmiş döyüş mövqeyi

QARABAĞ QARABAĞ
Jurnalistlər Laçın şəhərinə səfər ediblər

Jurnalistlər Laçın şəhərinə səfər ediblər

QARABAĞ QARABAĞ
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası on iki gündür davam edir

Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası on iki gündür davam edir

QARABAĞ QARABAĞ
Xankəndi-Laçın yolunda sülhməramlıların 58 avtomobili maneəsiz keçib - YENİLƏNİB-7

Xankəndi-Laçın yolunda sülhməramlıların 58 avtomobili maneəsiz keçib - YENİLƏNİB-7