Sedat Sağırkaya: İkinci Qarabağ müharibəsi ilə bağlı serial çəkmək üçün hazır ssenarilər var

Sedat Sağırkaya: İkinci Qarabağ müharibəsi ilə bağlı serial çəkmək üçün hazır ssenarilər var

İkinci Qarabağ müharibəsi ilə bağlı serial çəkmək üçün hazır ssenarilər var.

Bunu “TRT-Avaz”ın baş koordinatoru Sedat Sağırkaya “Report”un Ankara bürosuna müsahibəsində bildirib.

O deyib ki, bu məsələ “Qorqud Ata” film festivalında da gündəmə gəldi:

“İkinci Qarabağ müharibəsi barədə serial çəkmək üçün yazılmış ssenarilər var. Məlumdur ki, serial çəkmək məsələsinin arxasında bu işdən nə mənfəət əldə etmək məsələsi də dayanır. TRT, yaxud başqa telekanal bir serial çəkdikdə ona xərclənən maliyyənin qarşılığında yüksək reytinq də qazanmaq istəyər. Bu mövzuda serial çəkməklə bağlı çalışmaların olduğunu bilirəm. Əlbəttə əminəm ki, bu mövzuda tarixi bir serial ərsəyə gələcək. TRT belə bir serial çəkərsə, TRT-Avaz da sevə-sevə yayımlayar. O cümlədən TRT-nin digər telekanalları da. Bizim məqsədimiz türk dünyası ilə bağlı olan bütün uğurlu layihələri işıqlandırmaqdır. Mən də hər gün Allaha şükür edirəm ki, bu şərəfli millətə xidmət nəsibim olub. Çünki tarixində heç bir qara ləkəsi olmayan, hər zaman məzlumun yanında olan, adil xalqın övladı olmaq da başqa bir lütfdür”.

S.Sağırkayanın geniş müsahibəsini buradan oxuya bilərsiniz.