Elnur Məmmədov: Azərbaycan BƏM-də Ermənistanın iddialarının rədd ediləcəyinə əmindir

Elnur Məmmədov: Azərbaycan BƏM-də Ermənistanın iddialarının rədd ediləcəyinə əmindir

Azərbaycan əraziləri işğaldan azad ediləndən sonra orada böyük bir dağıntı ilə qarşılaşıb. Azərbaycanın bütün tikililəri işğal dövründə Ermənistan tərəfindən darmadağın edilib. Bunu sübut edən kifayət qədər fakt mövcuddur.

"Report" xəbər verir ki, bunu İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın (Ermənistan Azərbaycana qarşı) tətbiqi ilə bağlı iş üzrə Azərbaycanın Beynəlxalq Ədalət Məhkəməsində (BƏM) qaldırdığı ilkin etirazların nəticələrinə dair iclasda Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov deyib.

O bildirib ki, Azərbaycan özündən əmindir: "Ermənistan qanunsuz şəkildə 30 il Azərbaycan ərazilərini işğal altında saxlayıb. Ermənistan bu gün iddialarından heç bir fayda götürə bilməz. İşğal dövründə Ermənistan Azərbaycanın ətraf-mühitinə, ekologiyasına ciddi zərər vurub. Azərbaycan minaların yerləşdirilməsi və ətraf mühitin məhv edilməsinin ayrı-ayrı növ pozuntular olduğunu iddia etmir, əksinə Ermənistanın kampaniyasının ayrılmaz tərkib hissəsi olduğunu bildirir. Azərbaycan Ermənistanın iddialarının rədd ediləcəyinə əmindir".