Culfada yol qəzası olub, ölən və xəsarət alanlar var - FOTO

Culfada yol qəzası olub, ölən və xəsarət alanlar var - FOTO

Culfa rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə rayonun Ərəzin kəndi ərazisində qeydə alınıb.

"Chevrolet Niva" və "Tofaş" markalı avtomobillərin toqquşması nəticəsində avtomobildə olan Cəfərov Kamal Qürbət oğlu və Rüstəm adlı şəxs aldıqları xəsarətdən ölüblər. 2001-ci il təvəllüdlü Sahilov İbrahim İldırım oğlu və 1998-ci il təvəllüdlü Əlizadə Əbülfəz Elçin oğlu ağır vəziyyətdə Naxçıvan Mərkəzi Xəstəxanasına yerləsdiriliblər.

Faktla bağlı araşdırma aparılır.