London Kiyevə 617 milyon dollarlıq hərbi yardım paketi ayırmağı planlaşdırır

London Kiyevə 617 milyon dollarlıq hərbi yardım paketi ayırmağı planlaşdırır

Böyük Britaniyanın baş naziri Rişi Sunak Polşaya gözlənilən səfəri zamanı Kiyevə 500 milyon funt sterlinq (617 milyon dollar) dəyərində yeni hərbi yardım paketini açıqlayacaq.

Birxeber.Az xəbər verir ki, bu barədə Böyük britaniya hökuməti məlumat yayıb.

Bura həm mövqelərə zərbələr endirmək, həm də hava hücumundan müdafiə sistemləri üçün nəzərdə tutulan 1600-dən çox raket daxil olacaq.

Qeyd olunur ki, digərləri ilə yanaşı, uçuş məsafəsi 250 kilometri keçə bilən əlavə “Storm Shadow” qanadlı raketləri də Kiyevə ötürüləcək.

Yardım paketinə 60 kiçik gəmi, o cümlədən 2 desant kateri, 160 "Husky" piyada döyüş maşını, 162 zirehli maşın və 78 relyef texnikası, həmçinin 4 milyondan çox patron daxildir.